ABŞ-Kanada sərhədi açılacaq

20 Sentyabr 2020 13:49 (UTC+04:00)

ABŞ və Kanada arasında olan sərhədin yaxın vaxtda açılması gözlənilir.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Kanada tərəfi ölkələr arasındakı sərhədin mümkün qədər tez açılmasını istəyir: "Normal iş rejiminə qayıtmaq istəyirik, sərhədləri çox yaxında açacağıq".

Xatırladaq ki, ABŞ-Kanada sərhədinin bağlanması ilə bağlı qərar COVID-19 pandemiyası fonunda qəbul edilmişdi. Sonuncu dəfə Kanada sərhədləri 30 sentyabr tarixinə qədər bağlamışdı.