Baş Nazirinin müavini koronavirusdan öldü - Özbəkistanda

20 Sentyabr 2020 14:46 (UTC+04:00)

Özbəkistan Baş Nazirinin müavini Uktam Barnoyev vəfat edib.

AzNews.az xəbər verir ki, o, koronavirusdan dünyasını dəyişib. 56 yaşlı Barnoyevin Covid-19-dan ölməsi hökümət tərəfindən təsdiqlənib.

Qeyd edək ki, nazir müavini iyul ayında xəstəxanaya yerləşdirilmişdi.