Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

20 Sentyabr 2020 18:12 (UTC+04:00)

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.

AzNews.az-ın məlumatına görə, 33 yaşlı beynəlxalq dərəcəli hakim Rumıniyaya yollanacaq. O, sentyabrın 24-də yerli "Styaua" və Çexiyanın "Slovan" (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.