Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək

20 Sentyabr 2020 19:23 (UTC+04:00)

Rusiyanın Baş naziri Mixail Mişustin dörd ölkə ilə hava nəqliyyatının bərpa edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.

Bildirilir ki, Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqələri bərpa ediləcək.

Ölkənin Koronavirusla mübarizə üzrə Operativ Qərargahı sentyabrın 18-də dörd ölkə ilə hava reyslərin yeniləməsi haqqında bildirib. Qeyd edilir ki, sentyabrın 21-dən Belarus, Qazaxıstan və Qırğızıstanla hava əlaqəsi bərpa olunacaq. Cənubi Koreyaya reyslər bir az sonra - sentyabrın 27-də təşkil olunacaq.