“Qəbələ“nin “İnter“ə transfer hücumu davam edir

4 İyun 2013 16:01 (UTC+04:00)
"İnter"dən Azərbaycan millisinin üzvləri Vladimir Levinlə Nizami Hacıyevi transfer edən "Qəbələ" paytaxt klubunun daha bir futbolçusunu heyətinə qatıb.

Bu, seneqallı yarımmüdafiəçi İbrahima Niassedi. 25 yaşlı futbolçu bundan sonra karyerasını bölgə təmsilçisində davam etdirəcək.

"Qəbələ" yaxın günlərdə "Simurq"un polşalı qapıçısı David Petrzkeiviçlə də münasibətlərini rəsmiləşdirəcək. (futbolpress)

AzNews.az