Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın başlayıb

21 Sentyabr 2020 19:53 (UTC+04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.