Avropa Birliyi Belarusa qarşı sanksiyalarla bağlı razılaşa bilmədi

21 Sentyabr 2020 21:23 (UTC+04:00)

Avropa Birliyinin xarici işlər nazirləri Belarusa qarşı sanksiya tətbiq etməklə bağlı razılıq əldə edə bilməyib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel açıqlama verib.

O, sanksiya məsələsinin bu həftə Avropa liderlərinin birgə görüşündə müzakirə olunacağını bildirib.