Bakıda müəllim və şagirdlərdə koronavirus aşkarlanıb

21 Sentyabr 2020 23:11 (UTC+04:00)

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

Bu barədə Təhsil Nazirliyindən AzNews.az-a daxil olan məlumatda bildirilir.

Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.