Ermənistanda hökumətə qarşı ümumdövlət mitinqi keçiriləcək

22 Sentyabr 2020 11:15 (UTC+04:00)

Ermənistanda müxalifət partiyaları hökumət əleyhinə ümumdövlət mitinqi elan edib.

Erməni KİV-lərinin yaydığı məlumatına görə, “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun” və “Vətən” partiyaları oktyabrın 8-də mitinq keçirəcəyini bildirib.

Partiyaların ümumi bəyanatında ölkə hökumətinin heç bir vədini yerinə yetirilmədiyi deyilir:

“Hakimiyyət bütün məsələlərdə uğursuzluğa düçar olub. Ölkənin inkişaf perspektivi təhlükə altına düşüb. Hakim qüvvə dövlət qarşısında yaranan çağırışlara müqavimət göstərə bilmədiyini nümayiş etdirib”.

AzNews.az