Ceyhun Bayramov sabah Gürcüstana səfər edəcək

22 Sentyabr 2020 12:45 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, o cümlədən münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda iki ölkə arasında reallaşdırılan qarşılıqlı layihələr müzakirə ediləcək. (Trend)

AzNews.az