Balakəndə zəlzələ olub

22 Sentyabr 2020 14:30 (UTC+04:00)

Yerli vaxtla 12:35-də Zaqatala stansiyasından 23 km şimal qərbdə Balakən rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 2,7, dərinliyi 7 km. olub.