Ceyhun Bayramov Protokol idarəsinə rəis təyin edib

22 Sentyabr 2020 16:20 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

AzNews.az xəbər verir ki, bunu XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib.