Livanda partlayış olub

22 Sentyabr 2020 19:43 (UTC+04:00)

Livanın cənubunda yerləşən Ayn Kana yaşayış məntəqəsində partlayış olub.

AzNews.az İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə sentyabrın 22-si saat 15 radələrində qeydə alınıb.

Partlayışın tüstüsü onlarla metr yuxarı qalxıb. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqələrindən birində baş verib.

Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 190 nəfər ölmüş, 6 min nəfər yaralanmışdı.