Nobel mükafatı onlayn təqdim olunacaq

22 Sentyabr 2020 21:09 (UTC+04:00)

Ənənəvi Nobel mükafatı mərasimi bu il koronavirus pandemiyası səbəbindən onlayn şəkildə keçiriləcək.

AzNews.az xəbər verir ki, bu barədə Nobel komitəsinin saytında deyilir.

“Ənənəvi Nobel mükafatlandırılması mərasimi Stokholm Filarmoniyasında və bələdiyyə binasında keçirilməyəcək. Bunun əvəzinə, bələdiyyə binasından laureatlarla birbaşa canlı yayım təşkil olunacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, mükafatlandırma mərasimi hər il dekabrın 10-da Stokholmda keçirilir.