Türkiyədə koronavirusla bağlı son statistika

22 Sentyabr 2020 23:07 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər dünyasını dəyişib, 1 692 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 639-a, yoluxanların sayı isə 306 302-yə yüksəlib.

Son 24 saat ərzində 1261 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 269 696-ya çatıb.