Ərdoğan imtina etməyə çağırdı

23 Sentyabr 2020 09:00 (UTC+04:00)

Yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd, hansı dövlətdə hazırlanacağından asılı olmayaraq bütün bəşəriyyətə məxsus olmalıdır.

Məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasının iştirakçılarına müraciətində deyib.

Türkiyə Prezidenti bir daha dünya cəmiyyətini koronavirusa qarşı peyvəndin hazırlanmasında və istehsalındakı rəqabətdən imtina etməyə çağırıb. (Trend)

AzNews.az