Sumqayıtın Yaşıldərə massivində su kəsiləcək

23 Sentyabr 2020 10:00 (UTC+04:00)

Bu gün Sumqayıt şəhərinin Yaşıldərə massivinə və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AzNews.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.