Sahibə Qafarovanın Sergey Lavrovla görüşü başlayıb

23 Sentyabr 2020 11:50 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü başlayıb.

Bu barədə AzNews.az-a Milli Məclisdən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 21-dən Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiyada ilk rəsmi səfərdədir.

Səfər bu gün başa çatacaq.