942 erməni koronavirusdan ölüb

23 Sentyabr 2020 12:40 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 47 877 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 942 nəfər koronavirusdan ölüb, 3 617 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.