Dünya çempionatına ilk vəsiqə

5 İyun 2013 01:21 (UTC+04:00)


Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatına ilk vəsiqənin sahibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Yaponiya milli komandasıdır.

"Gündoğar ölkə" təmsilçisi Avstraliya ilə seçmə oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Bununla da xallarını 14-ə çatdıran baş məşqçi Alberto Zakkeroninin komandası qrupda 1-ci yeri təmin edib. Bununla da Yaponiya millisi ardıcıl 5-ci dəfə mundiala vəsiqə qazanıb. Əvvəlki çempionatlardan ikisində (2002, 2010) bu komanda hətta 1/8 finaladək irəliləməyi bacarıb.

Qeyd edək ki, dünya çempionatında 32 ölkə yığması mübarizə aparacaq. Braziliya təşkilatçı ölkə kimi mundiala birbaşa qatılacaq.

AzNews.az