Rusiyada deputat koronavirusdan ölüb

23 Sentyabr 2020 23:27 (UTC+04:00)

Rusiya Dövlət Dumasının deputatı COVID-19-dan vəfat edib.

Bu barədə AzNews.az “RİA “Novosti”yə istinadən xəbər verir.

Dumanın digər üzvü Sergey Qavrilov agentliyə açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatı Vaxa Ağayev koronavirusdan ölüb.

Məlumata görə, Ağayev son günlər komada olub.