Azərbaycanda daha 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020 15:30 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən AzNews.az-a bildirilib ki, sentyabrın 24-də 94 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 19 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Bu gün daha 3 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 9-a çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.