Türkiyədə zəlzələ olub

24 Sentyabr 2020 18:00 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin yaxınlığında 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanın ocağı Mərmərə dənizində sahildən 18,87 km məsafədə, 6,83 km dərinlikdə yerləşib.

Zəlzələ İstanbulda da hiss olunub. (Report)

AzNews.az