“Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlandı

25 Sentyabr 2020 11:54 (UTC+04:00)

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.

AzNews.az xəbər verir ki, oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək.

Varşavadakı matçın baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin köməklik edəcək. Dördüncü hakim Daniel Şlager olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.