Gürcüstanda yoluxma sayında yeni rekord

25 Sentyabr 2020 12:37 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

AzNews.az “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 265 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 4 664-ə çatıb.

Xəstəlikdən ölənlərin sayı daha 1 nəfər artaraq 26-ya çatıb. 54 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 759-dur.