Soyunub şəkil çəkdirən hərbçi qadınlar cəzalandırıldı

4 İyun 2013 19:45 (UTC+04:00)
İsrail ordusunda xidmət edən hərbçi qadınların "gözəllik nümayişi" onlara baha başa gəlib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti hərbi nizam-intizamın tələblərini pozan hərbçi qadınların cəzalandırıldığını açıqlayıb.

Bununla belə, ordu sözçüləri həmin xanımlara hansı cəzanın verildiyini konkretləşdirməyib.

Qeyd olunur ki, həmin görüntüləri paylaşan xanımlar İsrailin cənubundakı hərbi təlim düşərgələrindən birində xidmət keçir.//azxeber//

AzNews.az