Binəqədi və Nərimanov rayonlarında su olmayacaq

25 Sentyabr 2020 16:54 (UTC+04:00)

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

AzNews.az xəbər verir ki, bu, Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədardır.