Nazirliyin 1 əməkdaşı koronavirusdan vəfat edib

25 Sentyabr 2020 17:43 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 əməkdaşı koronavirusdan vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli feysbukda canlı yayım zamanı bildirib.

O, qeyd edib ki, nazirliyin 26 əməkdaşı COVID-19 virusuna yoluxub. Onların hamısı xəstəxana və ya ev şəraitində müalicə olunublar. ETSN-nin 1 əməkdaşı isə virus səbəbindən vəfat edib.