Ukraynada matəm elan olunub

26 Sentyabr 2020 13:50 (UTC+04:00)

Təyyarə qəzası ilə əlaqədar Ukraynada matəm elan olunub.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb.

Fərmanda deyilir:

"25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında planlaşdırılan təlim uçuşları zamanı An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin".

Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib.

Xatırladaq ki, sentyabrın 25-də An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.
Təyyarənin göyərtəsində 27 nəfər olub. (APA)

AzNews.az