72 yaşlı qadın intihara cəhd edib

26 Sentyabr 2020 18:21 (UTC+04:00)

Bərdədə 72 yaşlı qadın özünü yandırıb.

AzNews.az-ın məlumatına görə, rayonun Yeni Əyricə kənd sakini, 1947-ci il təvəllüdlü Pakizə Ağayeva özünü yandıraraq intihara cəhd edib. O, yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.