Minskdə növbəti etiraz aksiyası, saxlanılanlar var

26 Sentyabr 2020 19:22 (UTC+04:00)

Belarusun paytaxtı Minskdə müxalifətin növbəti etiraz aksiyası keçirilib.

AzNews.az bildirir ki, bu barədə “TASS” xəbər verib.

İcazəsiz aksiyada 400-ə yaxın insan iştirak edib. “Vesna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, azı 37 nəfər saxlanılıb.

Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.