İlhamə Quliyeva nənə oldu

4 İyun 2013 22:11 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyeva nənə olub.

Bir saat əvvəl onun gəlini övlad dünyaya gətirib.

Xalq artistinin oğul nəvəsi dünyaya göz açıb. Hazırda ana və bala Neftçilər xəstəxanasındadır.

"Qafqazinfo"ya açıqlamasında İ. Quliyeva xəbəri təsdiqləyib: "Bu gün çox xoşbəxtəm. İlhamə Quliyeva şou-biznesdə ən cavan nənə oldu. Bu gün gedib nəvəmi gördüm. Çox gözəldir, Orxanın uşaqlığına oxşayır. Çox gözəl bir uşaqdır. Adını Ruslan qoymuşam".

Xatırladaq ki, İ. Quliyevanın oğlu Orxanın toy məclisi bu il aprel ayının 19-da olub.

AzNews.az