Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

26 Sentyabr 2020 23:11 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 71 nəfər dünyasını dəyişib, 1 511 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 929-a, yoluxanların sayı isə 312 966-ya yüksəlib.

Son 24 saat ərzində 1 232 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 274 514-ə çatıb.