"Tank və helikopterimiz vurulmayıb" - Müdafiə Nazirliyi

27 Sentyabr 2020 10:57 (UTC+04:00)

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.

AzNews.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi təkzib yayıb.

Bildirilib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.