Hulusi Akar: “Ermənistanın alçaq hücumunu pisləyirik”

27 Sentyabr 2020 15:18 (UTC+04:00)

“Alçaq hücumu pisləyirik. Ərazi bütövlüyünü müdafiə mübarizəsində sonunadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.

AzNews.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir”, - o bildirib.