Zakir Həsənovla Hulusi Akarın telefon danışığı oldu

27 Sentyabr 2020 15:32 (UTC+04:00)

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib:

“Ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə sonadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.