Hərbi vəziyyətin tətbiq edildiyi rayonlar açıqlandı

27 Sentyabr 2020 18:49 (UTC+04:00)

“28 sentyabr saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib".

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Naftalan, Beyləqan, Ağdam, Göygöl, Agstafa və digər şəhər və rayonlarda saat 21:00-dan 6:00-dək hərbi vəziyyət elan edilib: "Xüsusi giriş çıxış müəyyən edilib".