Putin cəbhədəki vəziyyətdən narahatlığını ifadə edib

27 Sentyabr 2020 20:43 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş Naziri Nikol Paşinyanla telefonda danışıb.

AzNews.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

“Münaqişə bölgəsindəki vəziyyətin qəfil dəyişməsi müzakirə edilib. Rusiya tərəfi genişmiqyaslı toqquşmalara görə ciddi narahatlığını ifadə edib”, - deyə Kremlin yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd edilib ki, gələcəkdə eskalasiyaya yol verməmək üçün indi mümkün olanı etmək lazımdır: “Amma ən əsası, hərbi əməliyyatları dayandırmaqdır”.