"Ordumuz Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir" -Hikmət Hacıyev

28 Sentyabr 2020 12:12 (UTC+04:00)

“Biz təmas xəttində yaranan vəziyyətə görə beynəlxalq ictimaiyyəti başa düşürük".

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz süverən ərazilərimizdə fəaliyyət göstərərək Azərbaycan ərazisinin təhlükəsizliyini təmin edir: "Ermənistanın bu günə qədər yürütdüyü siyasət danışıqlar prosesinin məhvinə gətirib çıxarıb. Bu, Azərbaycana qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir".