Azərbaycan Ermənistanı darmadağın edəcək - Rusiya nəşri

28 Sentyabr 2020 14:45 (UTC+04:00)

Azərbaycan hazırda Ermənistandan daha əlverişli vəziyyətdədir.

Məlumata görə, bu barədə Rusiyanın “Ekspress qazeta” nəşrində yer alan məqalədə deyilir.

Qeyd olunur ki, ilk növbədə Azərbaycanın daha güclü ordusu var:

“Orduya Ermənistanın illik büdcəsinə bərabər məbləğ xərclənir. İkincisi, Nikol Paşinyan hökumətinin Moskva ilə münasibətləri elə də yaxşı deyil. Üçüncüsü isə, Bakını Türkiyə qətiyyətlə dəstəkləyir. Bu isə NATO-nun ən güclü ordularından biridir”. (Trend)

AzNews.az