Ağdərədə düşmən artilleriyasına ordumuzdan sarsıdıcı zərbələr - RƏSMİ

28 Sentyabr 2020 16:02 (UTC+04:00)

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə AzNews.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.