Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu

28 Sentyabr 2020 16:33 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1 748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 382, bu günə qədər isə ümumilikdə 1 104 783 test icra olunub.