Niderland çempionatında azarkeşlərin iştirakı ləğv edildi

28 Sentyabr 2020 19:05 (UTC+04:00)

Futbol üzrə Niderland çempionatında azarkeşlərin matçlara qatılması qadağan olunub.

AzNews.az "Dutch Football" nəşrinə istinadən xəbər verir ki, qərar hökumət tərəfindən qəbul edilib. Buna karantin məhdudiyyətləri səbəb olub.

Daha əvvəl fanatların matçlarda iştiraklarına icazə verilsə də, azarkeşlərin şüarlar səsləndirməsi qadağan idi.

Qeyd edək ki, Erediviziyada 3 turdan sonra "Ayaks" və "Herenven" 9 xalla liderdir.