Monserrat Kabalye Azərbaycanın işğal altında olan torpaqlarında

5 İyun 2013 08:08 (UTC+04:00)


İyunun 4-də M.Kabalye Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

M.kabalyeni salamlayan B.Saakyan bildirib ki, Dağlıq Qarabağda onun çoxlu pərəstişkarları var və tanınmış incəsənət xadimləri ilə əməkdaşlıq burada mədəniyyətin inkişafına təkan verir.

Görüşdə Erməni Apostol kilsəsinin "Artsax" yeparxiyasının rəhbəri, arxiyepiskop Parqev Martirosyan da iştirak edib.

Eyd edək ki, M.Kabalyenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcəyi barədə məlumatlar mayın 22-də yayılıb. Xəbərdə onun iyunun 4-də Xankəndidə, 9-da isə İrəvanda çıxış edəcəyi bildirilib. Elə həmin gün M.Kabalyenin İrəvan konsertinin təşkilatçısı Vaaqn Gevorkyan dünya şöhrətli opera müğənnisinin iyunun 4-də Xankəndidə çıxış edəcəyi barədə məlumatları təkzib edib: "Bir təşkilatçı kimi deyirəm ki, Kabalyenin Dağlıq Qarabağda konsert verəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil". (apa.az)

AzNews.az