Sahibə Qafarovanın ATƏT PA Prezidenti ilə telefon danışığı olub

28 Sentyabr 2020 22:26 (UTC+04:00)

Milli Məclisin sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Telefon söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.