Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını keçirib

28 Sentyabr 2020 23:22 (UTC+04:00)

Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

AzNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda Azərbaycan Ordusunun təmas xəttindəki uğurları müzakirə olunub.

Paşinyanın ordu rəhbərliyini, xüsusən müdafiə naziri David Tonoyanı, Baş Qərargah rəisi Onik Qasparyanı ciddi tənqid etdiyi məlum olub.