Ermənistan kişilərin ölkədən çıxışını məhdudlaşdırıb

29 Sentyabr 2020 03:18 (UTC+04:00)

Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Bildirilir ki, Ermənistanda 18-55 yaş arası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər.