Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib

29 Sentyabr 2020 09:30 (UTC+04:00)

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir.

Bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.

Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir. (Trend)

AzNews.az