İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu

29 Sentyabr 2020 21:09 (UTC+04:00)

Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” televiziya kanalının canlı yayımına qoşulub.

AzNews.az xəbər verir ki, dövlət başçısı Ermənistanın Azərbaycana qarşı təxribatından danışıb.

İlham Əliyev bildirib ki, Ermənistan rəhbərliyinin hazırkı mövqeyini nəzərə alaraq Yerevanla danışıqlar aparıla bilməz, çünki Yerevan qəbuledilməz tələblər irəli sürür:

“Ermənistanın Baş Naziri açıq şəkildə bəyan edir ki, Qarabağ-Ermənistandır, nöqtə. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? ATƏT-in Minsk qrupu tərəfindən hazırlanan prinsiplər ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Ancaq Paşinyan Qarabağ-Azərbaycandır deyir və Dağlıq Qarabağın qondarma kukla rejimi ilə danışıqlar aparmalı olduğumuzu deyirsə, onda özü 20 illik danışıqlar formatını pozmağa çalışır”.

İlham Əliyev əlavə edib ki, Ermənistan şüurlu şəkildə danışıqlar prosesini pozur və qəbuledilməz tələblər irəli sürür.