"Kontakt Home" hərbi xidmətə çağırılan şəxslərin kredit ödənişlərini dayandırıb

30 Sentyabr 2020 13:15 (UTC+04:00)

"Kontakt Home" torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştiraka çağırılan və onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişlərini dayandırıb.

AzNews.az xəbər verir ki, bu güzəşt hərbi mükəlləfiyyəti olan şəxslərə, hərbçilərə, tibb işçilərinə aid edilib:

"Ən böyük borc vətən borcudur!

Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparıldığı müddətdə orada döyüşən hərbçilərimizə dəstək olmaq bizim də borcumuzdur!

Odur ki, "Kontakt Home" olaraq səfərbərliklə bağlı hərbi xidmətə çağırılan bütün müştərilərimizin, eyni zamanda onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişlərini səfərbərlik bitənədək dayandırmaq qərarına gəldik".

Qeyd: Ödənişlərin ertələnməsi ilə bağlı müraciət *6060 Çağrı Mərkəzinə hərbə yollanan müştərinin özü və ya ailə üzvü tərəfindən edilə bilər.

Səidə

AzNews.az